Misli Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilmiş "Araz-Naxçıvan" - "Turan Tovuz" oyunundan sonra baş məşqçi Elmar Baxşıyevin səsləndirdiyi fikirlər: "Ağır oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bizi nəyin gözlədiyini bilirdik və hazırlıq zamanı rəqibin üstün cəhətlərini bildirmişdik. Heç-heçə oynadıq, aktivimizə daha bir xal əlavə etdik.

Heyətimizdə zədəli futbolçular çox olduğuna görə, rotasiya edə bilmirik.

Vandersona göstərilən ikinci sarı vərəqə məncə "ucuz" qərar idi.

Bu görüşü unudub qarşıdakı oyunlara hazırlayacağıq".